Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Azərbaycana ən çox bu müsəlman ölkələrindən turistlər gəlir

Azərbaycana ən çox isti ölkələrdən turistlər gəlir.

İyun ayının 15-dən ölkəmizdə yay turizminin mövsümü başlayıb.

Hazırda gəlmə turizmlə bağlı ölkəmizdəki son vəziyyət necədir? Ötən ilin müvafiq dövrü ilə müqayisədə artım-azalama müşahidə olunurmu?
Din.az-ın xəbərinə əsasən, Azərbaycan Turizm Assosiasiyasının (AZTA) Gəlmə turizm komitəsinin rəhbəri Nəsib Usubov Metbuat.az-a açıqlamasında bildirib ki, hazırda Azərbaycana ən çox isti ölkələrdən turistlər gəlir:

“Yay mövsümündə Azərbaycanda gəlmə turizminin tendensiyası artır. Hazırda Azərbaycana ən çox Dubay, Səudiyyə Ərəbistanı, Küveytdən turistlər gəlir. Onların məqsədi sərinləmək olduğu üçün Azərbaycanın sərin guşələrini seçirlər. Ən çox Şəki, Qəbələ, Quba və Qaxda qalırlar. Bakı şəhərində də turistlər çoxdur. Otellərin demək olar ki, əkəsiyyəti doludur. Çünki MDB ölkələrindən gələn turistlər çoxdur. Onlar dəniz üçün Bakını seçirlər. Lakin dəniz kənarı otellərin sayı az olduğundan şəhərdəki otellərdə qalırlar.

Yəqin ki, bu il ölkəmizə gələn turistlərin sayında artım müşahidə ediləcək. Hələ ki, bununla bağlı statistika yoxdur. Lakin müqayisə etdikdə, artım olacağı görünür”.

Fly.az Turizm Agentliyinin təsisçi və direktoru Rəşad Rəhimli Metbuat.az saytına açıqlamasında qeyd edib ki, Ərəb, MDB ölkələri, həmçinin İranın özündən gələnlər çoxdur:

“Onlar əvvəllər Bakıda gəzməyə üstünlük verirdilərsə, indi daha çox bölgələrə üz tuturlar. Turistlər ölkəmizdən olduqca razıdırlar. Onlar mətbəximizi çox sevirlər. Ölkəmizdəki qonaqpərvərlik doğrudan da onları valeh edir. Adətən, bir həftəlik tur paketlərin 2-3 gününü paytaxt, qalan günlərini isə rayon turları təşkil edir. Rayonlardan Şəki, Qax, Quba, Qəbələ, Lənkəran, Lerik üstünlük təşkil edir. Biz də Fly.az olaraq qəbul etdiyimiz turistlərə yüksək səviyyədə xidmət göstəririk.

Doğrudan da ölkəmizdə turizm çox yüksək səviyyədə inkişaf edir. Çox sevindirici haldır ki, bu gün turizm sahəsini bitirmiş tələbələr rahat şəkildə iş tapa bilirlər. Bu, ölkə rəhbərinin turizm sahəsinə olan qayğısı nəticəsində formalaşıb”.

Qeyd edək ki, Azərbaycanda yay turizm mövsümü sentyabrın 15-dək davam edəcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...