Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Azərbaycana gələn ərəb turistlərin sayı artacaq – VİDEO

Körfəz ölkələrindən Bakıya yeni reyslər açılır.

Azərbaycana gələn ərəb turistlərin sayı artacaq.

Din.az bildirir ki, Səudiyyə Ərəbistanına məxsus bir aviaşirkət iyunun 1-dən etibarən birbaşa Bakıya yeni reyslər açacağını elan edib.

Turizm üzrə ekspert Rəhman Quliyevin sözlərinə görə, ərəb aviaşirkətləri bu reyslərə tələb olduğu üçün belə bir addım atır. Çünki ölkəmiz hər il daha çox tanınır.

Rəhman Quliyev bildirir ki, yeni reyslərin açılması ölkəmizə gələn ərəb turistlərin sayına ciddi təsir edəcək. Çünki birbaşa reys həm rəqabət mühitində bilet qiymətinə təsir edir, həm də turistlərin ölkəmizə rahat gəlişinə şərait yaradır.

Gözlənilir ki, yay aylarında ərəb turistlər xüsusilə Bakıda istirahətə üstünlük verəcəklər. (Xəzər TV)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...