Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Azərbaycana gələn ərəblərin sayı ARTIB – Rəsmi açıqlama​

Ötən illə müqayisədə ərəblərin gəlişində təxminən 10% artım müşahidə edilib.

“Bu yay Azərbaycana gələn ərəb turistlərin sayında artım olub”.

Din.az bildirir ki, bunu Metbuat.az-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (AzTA) gəlmə turizm komitəsinin rəhbəri Nəsib Usubov bildirib.
Onun sözlərinə görə, ötən illə müqayisədə ərəblərin gəlişində təxminən 10% artım müşahidə edilib:

“Ərəblər bu il daha çox bölgələrimizə üz tutublar. Paytaxda da turistlərimiz olub, amma bölgələrdə üstünlük təşkil edib.

Sentyabr ayında turistlərin axınının azalmasını gözləyirdik. Amma hazırda isə mövsümlə bağlı ərəblərin sayında heç bir azalma yoxdur”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...