Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Azərbaycana təkrar səfər edən turistlərin çoxu ərəblərdir

Səudiyyə Ərəbistanı və Küveytdən gələn turistlərin sayı artıb.

Ötən illə müqayisədə bu il Birləşmiş Ərəb Əmirliyindən gələn turistlərin sayında azalma müşahidə edilir.

Din.az bildirir ki, bunu Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.
N.Bağırovun sözlərinə görə, bu il Səudiyyə Ərəbistanı və Küveytdən gələn turistlərin sayı artıb. Ümumilikdə isə bu il Azərbaycana gələn turistlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz artım qeydə alınıb.

Turist axının yüksəldilməsi üçün turizm sahəsində təbliğatın artırılmasını vacib sayan N.Bağırov əlavə edib ki, ölkəyə təkrar səfər edən turistlər də olur. Onların arasında ərəb dövlətlərindən gələnlərin sayı xüsusilə çoxdur. / Metbuat.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...