Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Azərbaycanda 17 dini icma ləğv edilib

İcmalar ləğv edilərək, dini qurumların dövlət reyestrindən çıxarılıb

Ölkədə 17 dini icma ləğv edilib.

“Din.az” xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Məlumatda qeyd olunub ki, həmin dini icmaların təsisçiləri dini icmanın dövlət qeydiyyatının ləğv edilməsi ilə bağlı DQİDK-yə müraciət ediblər. Onların müraciəti əsasında həmin icmalar ləğv edilərək, dini qurumların dövlət reyestrindən çıxarılıb: “Dini etiqad azadlığı” haqqında qanunun 12-1-ci maddəsində dini qurumun ləğv edilməsinin iki qaydası göstərilib.

Dini qurumlar təsisçilərin və ya nizamnamə ilə buna vəkil edilən orqanın qərarı ilə, eləcə də müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmənin qərarı ilə ləğv edilə bilər. 2009-cu ildə “Dini etiqad azadlığı” haqqında qanununa edilən dəyişikliklərə görə qeydiyyatdan keçən bütün dini icmalar öz hüquqi statusunu saxlamaq üçün yenidən qeydiyyata alınmalı idilər. Bu zaman bir çox dini icmalar yenidən qeydiyyata alınmaları ilə bağlı müraciət etməyiblər və hal-hazırda könüllü şəkildə ləğv edilərək yeni dini icmalar formalaşdırırlar”.

2013-cü ildən bu günə qədər 72 dini icma ləğv olunub. Ləğvetmə prosesi zamanı hazırki, qanunvericiliyə görə hüquqi qüvvəsi olmayan dini icmaların təsisçiləri dini icmaların dövlət qeydiyyatının ləğv edilməsi ilə bağlı müraciət edirlər. Həmçinin, mövcud qanunvericiliyin tələblərinə uyğun olmayan dini icmaların ləğv edilməsi ilə bağlı Dövlət Komitəsi məhkəmə qaydasında iddia qaldırır.

Qeyd edək ki, ümumilikdə Azərbaycanda 707 dini icma dövlət qeydiyyatına alınıb. Bu ilin ötən dövründə isə 62 dini icma dövlət qeydiyyatına alınaraq dini qurumların dövlət reyestrinə daxil edilib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...