Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Azərbaycanda 26 yeni dini icma qeydiyyata alınıb

Azərbaycanda komitə tərəfindən ümumi olaraq 835 dini icma dövlət qeydiyyatına alınıb.

Bu ilin iyul ayında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycanda 26 yeni dini icma qeydiyyata alınıb.

Din.az xəbər verir ki, bu barədə Komitədən məlumat verilib.

Qeyd olunub ki, dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan – 01.09.2009-cu ildən etibarən Azərbaycanda komitə tərəfindən 835 dini icma dövlət qeydiyyatına alınıb.

Konfessional baxımdan onların 804-ü İslam, 31-i isə qeyri-islam (xristian – 20; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.

2018-ci ildə qeydiyyatdan keçən dini icmaların sayı ümumilikdə 39-dur. Bunların 13-ü aprel ayında, 26-sı isə iyul ayında qeydiyyata alınıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...