Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Azərbaycanda 478 MƏSCİD və DİNİ MƏBƏDƏ qazdan istifadə üçün limit ayrılıb

478 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.

2018-ci ilin yanvar ayı ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 9493 yeni abonent qeydiyyata alınıb ki, bunun da 7324-ü Bakı, Abşeron və Sumqayıt, 2 169-u isə regionlar üzrədir.

Din.az bildirir ki, “Azəriqaz” İB-dən Trend-ə verilən məlumata görə, bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 106 635-ə çatıb.

2018-ci il fevralın 1-ə olan məlumata əsasən, qeyri-əhali sektoru üzrə 478 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...