Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Azərbaycanda 800-ə yaxın dini qurum… – UKRAYNA MEDİASI

Azərbaycanda 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir.

Ukraynanın tanınmış UNİAN informasiya agentliyində Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasından bəhs edən, Azərbaycan dövlətinin yürütdüyü din siyasətinin müsbət dəyərləndirildiyi məqalə yayılıb.

Din.az xəbər verir ki, məqalədə Azərbaycanda dini qurumların kütləvi şəkildə dövlət qeydiyyatına alındığı qeyd olunur. Bildirilir ki, Azərbaycanda 800-ə yaxın dini qurum Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınıb. Konfessional baxımdan onların 765-i İslam, 28-i isə qeyri- islam (xristian – 17; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.

Məqalədə qeyd olunur ki, Azərbaycanda 10 dövlət təhsil müəssisəsi fəaliyyət göstərir. Ölkə ərazisində 2 mindən çox məscid mövcuddur, onlardan 136-sı Bakı şəhərində yerləşir. Azərbaycanda 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...