Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Azərbaycanda ağac kölgəsini ərəbə pulla “satdılar” – VİDEO

Ağacın kölgəsində əyləşən ərəbdən pul aldılar.

Azərbaycanda ağacın kölgəsində əyləşən ərəbdən pul alınıb.

Din.az A24.Az-a istinadən xəbər verir ki, hadisə Quba rayonunun Qəçreş kəndində baş verib.

Həmin əraziyə səfər edən ərəblər dincəlmək üçün yol kənarında dayanıb və ağacın kölgəsində oturublar.

Onlara samovar çayı satan gənc ağacın kölgəsinə görə də 5 manat pul tələb edib. Ərəblərdən biri ağacı Allahın yaratdığını deyib.

Gənc isə ona “Ağacı Allah yaradıb, amma buraya mən baxıram. Beş manat verməlisən”, – deyib.

Nəticədə ərəb gəncə beş manat verib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...