Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Azərbaycanda aparıcı müsəlman qadınları təhqir etdi: “Geyimləri tısbağa qınına…” – VİDEO

“Çadra da deyil, Həmid, başa düşmədim bu nədir?”

“Xəzər” TV-də yayımlanan “Xəzər Səhər” verilişində aparıcı İlhamiyyə Rzayeva çadranı tısbağa qınına bənzədib.

Din.az “A24.az”a istinadən xəbər verir ki, aparıcı bu fikrini efirə gedən sujetdən sonra səsləndirib.

Generated by IJG JPEG Library

Belə ki, sujetdə Avropa ölkəsi Hollandiyanın artıq ictimai yerlərdə çadranı qadağan etməsiylə bağlı xəbəri verilib. Görüntülərdə isə üzü niqablı, yalnız gözləri açıq olan qara çadralı qadınlar yer alıb. Sujet qurtarandan sonra həyat yoldaşı Həmid Hərisçiylə birlikdə aparıcılıq edən İlhamiyyə “Çadra da deyil, Həmid, başa düşmədim bu nədir? Tısbağa qını kimi başlarına keçirdiblər və ancaq gözləri görünür” fikirlərini səsləndirib.

İlhamiyyənin fikirlərinə reaksiya verən Həmid Hərisçi isə Avropanın bu mövzuda geridə qaldığını, Azərbaycanın isə çoxdan bu mərhələləri keçdiyini qeyd edib.

Sözügedən görüntüləri sizə təqdim edirik:

blob:https://www.dailymotion.com/88108616-9f8a-468d-b07e-c4659b0c6009

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...