Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Azərbaycanda azyaşlılara kəbin kəsən mollalar var

“Bəzən heç rəsmi təyinat almayan din xadimi fəaliyyət göstərir”.

“Azərbaycanda din xadimlərinin azyaşlıya kəbin kəsməsi halları var”.

Din.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən dəyirmi masada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.

O qeyd edib ki, belə faktlara görə cinayət məsuliyyətinə cəlb olunanlar da var: “Dini nikahla bağlı Qafqaz Müsəlmanları İdarəsinin fətvası var. Amma gəlin görək buna əməl olunurmu? Təəssüf ki, yox. Bəzən heç rəsmi təyinat almayan din xadimi fəaliyyət göstərir, dini nikahla bağlı fətvaya əməl etmir. Belələri hətta azyaşlıya da kəbin kəsirlər”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...