Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

AZƏRBAYCANDA BU UNİVERSİTETƏ HİCABLI VƏ SAQQALLI TƏLƏBƏLƏR BURAXILMAYACAQ – SƏBƏB

Mingəçevir Dövlət Universitetinin qəribə nizamnaməsi…

Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev sentyabrın 18-də tələbələrin qarşısında çıxış edərkən dərsə hicabla gələn tələbələrin universitetə buraxılmayacağını deyib.

Din.az “A24.az”a istinadən xəbər verir ki, məsələ ilə bağlı universitetinin mətbuat xidməti rəsmi açıqlama verib.

Açıqlamada Mingəçevir Dövlət Universitetinin Nizamnaməsinin 1.7-ci bəndinə əsasən, universitetdə təhsil alanların geyim formasının Elmi Şuranın qərarı ilə müəyyən olunduğu deyilir: “Buna uyğun olaraq Mingəçevir Dövlət Universitetində “Təhsil alanların daxili intizam Qaydaları”nın 2.3-cü bəndinin 10-cu abzasında qeyd olunur ki, tələbələrə hicablı və digər dini atributları üzərində daşıyaraq, üzü tüklü (təraş olunmamış) vəziyyətdə təhsil ocağına daxil olmağa icazə verilmir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...