Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“Azərbaycanda bütün dinlərə həssas münasibət bəslənilir”

“Azərbaycan tarixən multikultural dəyərlərə önəm verən və bu sahədə tarixi ənənələri ilə tanınan bir məkandır. Müasir dövrdə multikultutalizmin artan önəmini nəzərə alan Prezident İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edib. Bizim bu baxımdan dünyaya örnək olan nümunələrimiz var”. “Din.az” xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad […]

8d78def7-a6c0-4b1d-9d66-c765837fb0f9“Azərbaycan tarixən multikultural dəyərlərə önəm verən və bu sahədə tarixi ənənələri ilə tanınan bir məkandır. Müasir dövrdə multikultutalizmin artan önəmini nəzərə alan Prezident İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edib. Bizim bu baxımdan dünyaya örnək olan nümunələrimiz var”.

“Din.az” xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Salahlı Zaqatalada keçirilən beynəlxalq elmi-praktik konfrans zamanı AZƏRTAC-a müsahibəsində səsləndirib.

Azərbaycanda üç səmavi dinin hər birinin məbədgahlarının olduğunu vurğulayan qurumun rəsmisi deyib: “Təsadüfi deyil ki, Bakı şəhərində Təzəpir məscidindən 200 metr aşağıda xristian kilsəsi, ondan təxminən 600-700 metr aralıda isə yəhudi sinaqoqu yerləşir. Azərbaycanda bütün dinlərə çox həssas münasibət bəslənilir. Hər bir insan özünün seçdiyi, mənsub olduğu dinə etiqad edir və bu sahədə fəaliyyətini sərbəst, azad şəkildə həyata keçirir”.

“Multikulturalizm ili”nin Azərbaycanın multikultural dəyərlərinin dünyaya çatdırılması baxımından böyük əhəmiyyət daşıdığını vurğulayan Səyyad Salahlı Zaqatalada keçirilən beynəlxalq konfransın bu istiqamətdə silsilə tədbirlərdən biri olduğunu diqqətə çatdırıb. “Zaqatala Azərbaycanın ən gözəl guşələrindən biri olmaqla yanaşı, həm də 20-dən çox millətin yaşadığı bir yerdir. Azərbaycanın tolerant mühiti və multikultural dəyərləri burada özünün daha bariz ifadəsini tapır. Bu mənada Zaqatala həm multikulturalizmin, həm də ümumiyyətlə, Azərbaycanın tolerantlıq mühitinin ən qabaqcıl, nümunəvi məkanlarından biri hesab olunur”, – deyə komitənin rəsmisi bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...