Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Azərbaycanda bütün qəbirlər eyni formada olacaq – VİDEO

Qəbiristanlıq üçün ayrılan torpaq sahəsi də bələdiyyə mülkiyyəti sayılacaq.

Yeni salınacaq qəbiristanlıqlara bundan sonra bələdiyyələr nəzarət edəcək.

Din.az Milli.Az-a istinadən bildirir ki, qəbiristanlıq üçün ayrılan torpaq sahəsi də bələdiyyə mülkiyyəti sayılacaq.

 

Həmçinin bütün qəbrlər eyni standartda olacaq. Yeni hazırlanan qanun layihəsi Milli Məclisdə gələn ay müzakirəyə çıxarılacaq.

Qəbiristanlıq əraziləri bələdiyyənin ixtiyarına veriləcək. Bununla bağlı bəzi qanunlara dəyşiklik və əlavələr edilməsi təklif edilir.

Millət vəkili Fazil Mustafanın sözlərinə görə, sadalanan standartlar yeni salınacaq qəbiristanlıqlarda tətbiq ediləcək.

Yeni qanun layihəsi qəbirstanlıqlarda yaranan bərabərsizliyi aradan qaldıracaq.

Layihə Milli Məclisin plenar iclasında may ayında müzakirəyə çıxarılacaq. /xezerxeber.az

https://daytube.az/az/videos/66159/

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...