Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Azərbaycanda din xadimləri maaş almağa başlayıblar

İmam, imam naibləri və mütəvəllilərə bank kartları paylanılıb.

Azərbaycan məscidlərində fəaliyyət göstərən din xadimləri onlara verilən maddi dəstəyi almağa başlayıblar.

Din.az “Report”a istinadən xəbər verir ki, artıq Qafqaz Müsəlmanları İdarəsinin təyin etdiyi və məscidlərdə çalışan imam, imam naibləri və mütəvəllilərə bank kartları paylanılıb.

Məlumata görə, ayrılan maddi yardım din xadimlərinin bank hesabına köçürülüb.

Qeyd edək ki, Azərbaycanda imamlar hər ay 400 manatdan yuxarı, imam naibləri 300-dən yuxarı, mütəvəlliləri isə 220-250 manat arası maddi dəstək alacaq. Maddi yardım, ümumilikdə, 1000-dən çox din xadimini əhatə edəcək.

Xatırladaq ki, 2018-ci il üzrə ayrılan vəsait 10 ay üçün nəzərdə tutulduğundan din xadimləri ilə müqavilə də bu müddətə bağlanıb və dekabr ayında başa çatacaq. Gələcəkdə müqavilənin müddəti uzadıla bilər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...