Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Azərbaycanda dini bərabərliyə əsaslanan cəmiyyət mövcuddur

Dağ Yəhudiləri Dini İcmasının rəhbərindən maraqlı fikirlər.

“Azərbaycan bütün dünyaya bəyan edib ki, dini bərabərliyə əsaslanan cəmiyyət yaratmaq və onu inkişaf etdirmək mümkündür. Belə bir cəmiyyət Azərbaycanda var”.

Din.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycandakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev “Bakı prosesi: icmalar və vəzifələr” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan kiçik ölkə olsa da, onun əməlləri böyükdür: “Azərbaycan Yaxın Şərqdə tolerantlıq vadisidir. Azərbaycan bizim evimizdir. Biz Azərbaycanı həmişə vətənimiz saymışıq. Bizim icma bundan sonra da Azərbaycanın ictimai həyatında fəal iştirak edəcək”.

M.Yevdayev qeyd edib ki, “Bakı prosesi” mədəniyyətlərarası, dinlərarası dialoqun qurulmasına, eyni zamanda müstəqil Azərbaycanın tanınmasına yardım göstərib.

“Bakı prosesi”nin hələ də davam etdiyini deyən M.Yevdayev əlavə edib ki, Azərbaycanın dünya dövlətləri arasında tanınması üçün çox işlər görülməlidir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...