Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Azərbaycanda dövlət dinə qarşı deyil, radikalizmə qarşıdır” – Pənah Cahangirov

“Azərbaycan heç bir dini münaqişə zəminli müharibədə iştirak etməyib”.

“Azərbaycanda dövlət dinə qarşı deyil, radikalizmə qarşıdır”.

Din.az Metbuat.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı Pənah Cahangirov “Dini və ideoloji təhlükəsizlik mövzusunda keçirilən seminar-müşavirə zamanı deyib:

“Tariximizə fikir versək görərik ki, Azərbaycan heç bir dini münaqişə zəminli müharibədə iştirak etməyib. Cəmiyyətimizə radikalizm xas deyil, ona görə ölkəmizdə dini radikalizm mövcud deyil. Cəhdlər var, ancaq bu, kütləvi deyil. Dövlətimiz tərəfindən belə cəhdləri etməyə çalışanlara qarşı tədbirlər həyata keçirilir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...