Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

AZƏRBAYCANDA ƏCNƏBİLƏRƏ QOYULAN DİNİ QADAĞALAR ARADAN GÖTÜRÜLÜR

“Bəzi dini mərkəzlərin ölkəmizdə dini ayinlər icra etməsi məqsədəuyğundur”.

Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini ayinlərin icrası ilə bağlı bəzi qadağalar aradan götürülür.

“Din.az” APA-ya istinadən xəbər verir ki, bununla bağlı MM-in İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında “Dini etiqad azadlığı haqqında” qanunun 1-ci maddəsinə dəyişiklik edilir.

Dəyişikliyə əsasən dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır.

Bəndin hazırda qüvvədə olan variantına görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır. Qeyd edək ki, bu qadağalar ötən ilin oktyabr ayında qəbul edilib.

Komitə sədri Siyavuş Novruzov bildirib ki, bu qadağalar qəbul ediləndən sonra müxtəlif dini icmalardan müraciətlər olub: “Biz də düşünürük ki, həqiqətən dünyada elə qəbul edilmiş dini mərkəzlər var ki, onların nümayəndələrinin Azərbaycanda dinlə bağlı həqiqi ayinlər icra etməsi məqsədəuyğundur”.

Layihə plenar iclasa tövsiyə olunub.

Qeyd edək ki, dəyişikliklə əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələrində düzəlişlər edilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...