Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Azərbaycanda fala baxan falçının fırıldağı üzə çıxdı – FOTO

Ərəb şairinin təmsilləri ilə ailə problemini həll etməyə çalışdı…

Yasamal rayon Məhkəməsində falçılıqla məşğul olan Nəzakət Nəsibovaya qarşı qaldırılan iddia üzrə məhkəmə prosesi davam etdirilib.

“Din.az” xəbər verir ki, iş üzrə iddiaçı tərəfin vəkili Səməd Vəkilovun APA-ya verdiyi məlumata görə, iclasda məlum olub ki, N.Nəsibovanın dua kimi ərəb dilində təqdim etdiyi materiallar ərəb şairlərindən birinin təmsilləridir:

“Həmin materiallar müstəqil mütəxəssislər tərəfindən araşdırılıb və həmin yazıların tanınmış ərəb şairlərindən birinin təmsili olduğu üzə çıxıb”.

İclasda N.Nəsibovanın vəkili Yaşar Əhmədov çıxış edib. O, müvəkkilinin qanuni fəaliyyətlə məşğul olduğunu, Ekstrasenslər Birliyinin üzvü olduğunu deyib. Bu zaman iddiaçı Fikrət Məmmədov vəkildən müvəkkilinin öncə görmələrinə inanıb-inanmasını soruşub. Vəkil ona inandığını deyib.

Proses avqustun 8-də davam edəcək.

Qeyd edək ki, N.Nəsibova Zeynəb Məmmədova adlı qadından problemlərini həll etmək üçün bir neçə dəfə pul alıb. Bundan əlavə ona əri Fikrət Məmmədovun həyatında başqa qadının olduğunu və bu ailənin heç vaxt xoşbəxt ola bilməyəcəyini deyib. Bir müddət sonra qarşı tərəf aldandıqlarını görərək N.Nəsibovadan şikayət edib.

1388691712278032105871493644930469855934797nss

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...