Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Azərbaycanda fəaliyyət göstərən dini mağazaların sayı açıqlanıb

“Yalnız yayım və satış üçün nəzərdə tutulan dini ədəbiyyatlara nəzarət markası tətbiq edilir”.

“Azərbaycanda faktiki olaraq fəaliyyət göstərən dini mağazaların sayı 100-dən çoxdur”.

Din.az APA-ya istinadən bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov “Dinşünaslıq ekspertizası: hüquq və təcrübə” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, yalnız yayım və satış üçün nəzərdə tutulan dini ədəbiyyatlara nəzarət markası tətbiq edilir: “Nəzarət markası tətbiq edilən dini ədəbiyyatların satışı isə yalnız ixtisaslaşmış satış məntəqələrində həyata keçirilir”.

N. Məmmədov qeyd edib ki, Azərbaycanda 42 ixtisaslaşmış satış məntəqəsi fəaliyyət göstərir: “Bu gün Azərbaycanda faktiki olaraq fəaliyyət göstərən dini mağazaların sayı isə 100-dən çoxdur və bu da müəyyən problemlərin yaranmasına gətirib çıxaran amillərdən biridir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...