Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Azərbaycanda “FETO” işi ilə əlaqədar həbs edilən Türkiyə vətəndaşının vəsatəti təmin olunmayıb

İ. Özdemir Fətullahçı Terror Təşkilatına üzvü olmaqda ittiham edilir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “FETO” işi ilə əlaqədar Azərbaycanda həbs edilən Türkiyə vətəndaşı İsa Özdemirin ölkəsinə ekstradisiyası ilə bağlı məhkəmə prosesi davam etdirilib.

Din.az  APA-ya istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə İ. Özdemirin vəkili hüquqlarını müdafiə etdiyi şəxs barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatət qaldırıb.

Məhkəmə vəsatəti təmin etməyib.

Proses iyunun 21-də davam etdiriləcək.

Qeyd edək ki, İ. Özdemir Fətullahçı Terror Təşkilatına üzvü olmaqda ittiham edilir. Türkiyə tərəfindən beynəlxalq axtarışa verilən İ. Özdemir Azərbaycanda həbs edilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...