Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Azərbaycanda FETÖ-nün 14 liseyi və 1 universiteti…” – Səfirdən açıqlama

“Türkiyə-Azərbaycan arasındakı “bir millət, iki dövlət” siyasəti FETÖ ilə mübarizədə də keçərlidir”.

“Azərbaycan FETÖ terror təşkilatı ilə mübarizə məsələsində Türkiyə ilə tam əməkdaşlıq içindədir”.

Din.az Publika.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral deyib.
Anadolu Agentliyinə açıqlama verən səfir bildirib ki, Türkiyə-Azərbaycan arasındakı “bir millət, iki dövlət” siyasəti FETÖ ilə mübarizədə də keçərlidir:

“Azərbaycan FETÖ-nün Türkiyə xaricində kök salmağa başladığı ilk ölkə olub. FETÖ xaricdə ilk məktəbini burada açıb. 2015-ci ilə qədər Azərbaycanda FETÖ-nün 14 liseyi və 1 universiteti fəaliyyət göstərib. Lakin 2015-ci ildən sonra Azərbaycan hökuməti təşkilatla mübarizə məsələsində addımlar atmağa başladı. 15 iyul dövlət çevrilişinə cəhddən sonra isə FETÖ-nün heç bir məktəbi qalmadı. FETÖ-nün Türkiyə dövlətinə olan təhdidini Azərbaycan hökuməti öz dövlətinə olan təhdid kimi görür. Hazırda Azərbaycanda FETÖ-nün ciddi varlığından söhbət gedə bilməz”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...