Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Azərbaycanda Gülənin kitabları niya qadağan edilib? – VİDEO

Share Button

Atılan bu addımı Türkiyədə bəzi şəxslər tərəfindən reaksiyaya səbəb olub…

Azərbaycanda Fətullah Gülənin kitablarının qadağan edilmə səbəbləri bəlli olub.

“Din.az” xəbər evrir ki, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov açıqlama verərək bildirib ki, 2008-ci ilə qədər istər nurçuların, istər Mustafa Sunqur qanadının, istərsə də Fətullah Gülən qanadının ölkəyə idxal etdiyi kitablara heç bir məhdudiyyət olmayıb. Azərbaycanda F. Gülənin kitabları 2009-cu ildə qadağan edilib:

“Düzdür, bu kitabların içində dini ayrı-seçkilik, irqi, sosial ədavətlə bağlı heç bir fakt yoxdur. Lakin buna baxmayaraq biz bu kitabların ölkəyə kütləvi idxalına qadağa qoyduq. Bu qadağadan sonra dini komitədən hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət edilirdi. Qadağan edilməsinə səbəb isə mövcud qanunvericiliyi nəzərə alınmaqla yanaşı, eyni zamanda ölkədə camaatların formalaşmasına və dini qrupların yaranmasına, son nəticədə isə cəmiyyətdə bölücülüyə rəvac verməsidir. Bunun üçün də bu cür dini ədəbiyyatların, o cümlədən Fətullah Gülənin kitablarının ölkədə kütləvi nəşri və idxalı məqsədəuyğun sayılmır”.

Gündüz İsmayılov onu da bildirib ki, atılan bu addımı Türkiyədə bəzi şəxslər tərəfindən “qardaş ölkə üçün doğru addım deyil” formasında izah etməyə çalışıblar. Lakin bu məsələdə qurumun arqumenti aşağıdakı kimidir:

“Bu cür camaatlarda həddən artıq hərbi disiplin (intizam) var. Bu isə müstəqilliyini yeni qazanmış dövlətlər üçün xüsusilə təhlükəlidir. Əgər dindar kontingent camaatlara bölünəcəksə bu istənilə dövlət üçün təhlükəlidir. Çünki bu cür camaatlar bir şəxsin ağzından çıxan sözlərlə idarə edilir”.

“Din.az” “a24.az”a istinadən verilişdən olan videogörüntünü təqdim edir:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir