Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Azərbaycanda “Halal” sertifikatının verilməsinə dair mexanizm formalaşdırılacaq

“Halal” sertifikatı ilə bağlı yeni mexanizmlər həyata keçiriləcək.

Azərbaycanda “Halal” sertifikatının verilməsinə dair mexanizmlər formalaşdırılacaq və tətbiqi həyata keçiriləcək.

Din.az bildirir ki, bu, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Sənədə əsasən, bu işlər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi ilə birgə həyata keçirilməlidir.

Qafqaz Müsəlmanları İdarəsinin də mexanizmin hazırlanmasında iştirakı tövsiyə olunub.

Sənədə əsasən, mexanizmlərin formalaşdırılması 2020-ci ildə yekunlaşmalıdır. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...