Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Azərbaycanda halal turizm standartının tətbiqinə dair sənəd layihəsi hökumətə təqdim olunub

“Ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı getdikcə artır”.

“Çin və Hindistan turistləri Azərbaycanla çox maraqlanırlar”

Din.az “Report”a istinadən xəbər verir ki, bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib.

Onun sözlərinə görə, bu ölkələrdən Azərbaycana gələn turistlərin sayı getdikcə artır: “Həmin ölkələrdən cəlb ediləcək turistlərin sayının artırılması üçün müxtəlif təbliğat işləri aparılır, Azərbaycan nümayəndələri beynəlxalq sərgi və konfranslarda iştirak edirlər”.

A.İsmiyev bildirib ki, hazırda Azərbaycan mehmanxanaları üçün halal turizm standartının tətbiqi məsələsinə baxılır: “Azərbaycan hotellərində halal turizm standartının tətbiqinə dair sənəd layihəsi baxılması üçün hökumətə təqdim olunub”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...