Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Azərbaycanda “halal turizm”in yaradılması üçün mühüm işlər aparılır

Nazirlik rəsmisi: “Azərbaycanda “halal turizm”in yaradılması istiqamətində işlər həyata keçirilir”

Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda “halal turizm”in yaradılması istiqamətində işlər görür.

Din.az xəbər verir ki, bunu nazirliyin turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib.

Onun sözlərinə görə, müsəlman ölkələrindən Azərbaycana səfər edən turistlərin sayı getdikcə artır. Odur ki, “halal turizm”in standartlarının yaradılması vacibdir.

A.İsmiyev onu da bildirib ki, ölkəyə turist axını ilə əlaqədar yeni otellərin tikilməsi prioritet olaraq qalır: “Əsasən iki-üç ulduzlu otellərin tikilməsi nəzərdə tutulub. Ümumiyyətlə, hər il 30-35 otel tikilir. 2020-ci ildə Azərbaycanda baş tutacaq futbol üzrə dünya çempionatına qədər ölkədə xeyli otellər tikiləcək”.

Onun sözlərinə görə, paralel olaraq Azərbaycanda yeni hostellər də açılır: “Hazırda nazirlikdə hostellər üçün standartlar hazırlanır. Qiymətləri isə bazar müəyyən etməlidir”. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...