Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Azərbaycanda halal xidmət göstərən otellər fəaliyyətə başladı – VİDEO

Otellərin restoranlarında və mini barlarında spirtli içkilər qadağan edilib.

Azərbaycanda artıq müştərilərinə halal xidmət göstərən otellər fəaliyyətə başlayıb.

Bakıda fəaliyyət göstərən halal otellər bir neçə xüsusiyyətinə görə fərqlənir. Halal qaydalara əsasən fəaliyyət göstərən mehmanxanalar həm də ailəli istirahətə gələnlər üçün nəzərdə tutulub.

Digər otellərdən fərqli olaraq, burda rəsmi və ya dini nikah sənədi olmayan müştərilər qəbul edilmir. Əsas məsələlərdən biri isə təbii ki, spirtli içkilərdir.

Otellərin restoranlarında və mini barlarda bu cür içkilər qadağan edilib. Bu tip otellərə kənd yerlərində yetişdirilən təbii tərəvəzlər gətirilir.

Həmçinin milli yeməklərlə yanaşı, Avropa mətbəxindən nümunələr də İslam qaydalarına uyğun təqdim edilir.

Bundan əlavə, nömrələrdə ibadət üçün cənamaz və möhürlər qoyulub. Bu sahənin prespektivli olduğunu deyən ekspertlər bildirirlər ki, əsasən Yaxış Şərq və İslam ölkələrindən gələn turistləri cəlb etmək üçün yaxşı konspetdir.

Ekspertlər bildirirlər ki, adətən halal mehmanxanaların xərcləri adi qaydada fəaliyyət göstərən otellərlə müqayisədə xeyli çox olur. Çünki həm daha çox gəlir gətirən spirtli içkilərdən imtina edilməsi, həm də ümumi xidmətlərin ayrıca təqdim edilməsi bu otellərdə qiyməti artırır.

Qonşu ölkələrdə də fəaliyyət göstərən belə mehmanxanalara Yaxın Şərq və Avropa ölkələrindən çoxlu turist axını var.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...