Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Azərbaycanda həbs edilən FETÖ üzvü məhkəmə zalından azadlığa buraxılıb

İ.Özdəmir məhkəmə zalından azadlığa buraxılıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə axtarışda olan İsa Özdəmirin öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyinin təqdimatı üzrə məhkəmə iclası başa çatıb.

Din.az “Report”a istinadən bildirir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, nazirliyin təqdimatı təmin edilməyib. İ.Özdəmir məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, İsa Özmedir Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvü olmaqda ittiham edilir. O, 1993-cü ildən Azərbaycanda yaşayıb. Lakin Türkiyə tərəfi onun barəsində axtarış elan edib. O, Bakıda saxlanılıb. Türkiyə tərəfini onun ölkəsinə təhvil verilməsini tələb edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...