Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Azərbaycanda iftar süfrəsinin qiyməti – VİDEO

Ramazanda bazarlarda süni qiymət artımı olacaq?

Ramazan ayında iftar süfrələrinin bəzəyi xurmadır.

Hazırda Azərbaycanın bazarlarında hər bir qiymətdə xurma var. Bazarlarda ən ucuz qiymətə təklif olunan İran xurması 3 manat 50 qəpikdir. Amma bununla yanaşı 2-3 manata da xurma satıldığını deyən satıcı Mədinə xurmasının 11 manata, İsrail xurmasının qiyməti isə 10-16 manat arasında dəyişdiyini bildirib.

Aparılan müşahidələr zamanı da bazarda xurmaların qiymətinin qalxmadığını göstərdi.

Bundan başqa digər bazar məhsullarının qiymətlərinə gəldikdə mal ətinin, yumurtanın, xiyar-pamidor kimi məhsulların qiymətində də dəyişiklik hiss edilməyib.

Bütün bu qiymətlərin müşahidəsi onu deməyə əsas verir ki, təxminən 4 nəfərlik bir ailənin iftar süfrəsi 25-30 manata başa gələcək. Satıcıların sözlərinə görə bazarlarda mütəmadi yoxlamalar aparıldığından Ramazanda süni qiymət artımı heç mümkün də deyil.

“Din.az” ANS TV-yə istinadən Ramazan ərəfəsində bazar qiymətləri haqda hazırlanan videosüjeti təqdim edir:

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...