Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Azərbaycanda imamlar 400, imam naibləri 300 manat maddi dəstək alacaq

“Maddi vəsait alacaq din xadimlərinin siyahısı dəqiqləşib”.

“İmamlar 400 manatdan yuxarı, imam naibləri 300 manatdan yuxarı, mütəvəllilər isə 220-250 manat arası maddi dəstək alacaq”.

Din.az APA-ya istinadən bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, maddi vəsait alacaq din xadimlərinin siyahısı dəqiqləşib: “Siyahıya əsasən, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təyin etdiyi, məscidlərdə çalışan imam, imam naibləri və mütəvəllilər bank hesablarından ödənişləri ala biləcəklər. Bakı və Bakı ətrafı qəsəbələrdə maddi vəsait alacaq din xadimlərinin siyahısı tam hazırdır, Naxçıvan Muxtar Respublikası da siyahını təqdim edib. Yaxın günlərdə maddi vəsait din xadimlərinə ödəniləcək”.

M. Qurbanlı qeyd edib ki, siyahıda 1000-dən çox din xadiminin adı var: “Naxçıvanda isə 200-ə yaxın din xadimi maddi dəstək alacaq”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...