Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Azərbaycanda İslam dininin bir cəhalət dini səviyyəsində olduğunu da dilə gətirməkdən çəkinmərəm”.

“Bu bambılılığın, bu mələşmənin İslam dini ilə heç bir əlaqəsi yoxdur” – Fazil Mustafa

“Məni kimsənin inancı zərrə qədər maraqlandırmaz. Hadisələri müşahidə edərəm və görərəm ki, toplumun əxlaqına mənfi təsir göstərən hansısa yobazlıq, xurafat və cəhalət elementləri ilə dolu hərəkətlər varsa, ona qarşı mövqeyimi bildirərəm. Həm də başqasının səhifəsinə baş vurmadan, özümə aid olan virtual məkandan. Azərbaycanda İslam dininin bir cəhalət dini səviyyəsində olduğunu da dilə gətirməkdən çəkinmərəm. Son paylaşdığım video ilə bağlı onu da qeyd etmişəm ki, bu bambılılığın, bu mələşmənin, bu ağlaşmanın İslam dini ilə heç bir əlaqəsi yoxdur. Yəni kiminsə inancı ilə bağlı hansısa mənfi fikir səsləndirmirəm, sadəcə bütün inancların içində yer alan xurafat elementlərinə qarşı dirənişimi ortaya qoyuram. O zaman bu davranışımızdan narazı olanlar həmin din adına təbliğ olunan bambılılığa, əcaib hərəkətlərə açıq şəkildə haqq qazandırmaqdan qorxaraq, dərhal inanclarına qarşı sayğı tələb etməklə vəziyyətdən çıxmağa çalışırlar. Maraqlıdır ki, bunların əksəriyyəti cənub qoxusu verən 5-ci kalonun trollarıdır. Bu trollardan biri fəlsəfə üzrə fəlsəfə doktoru, Xəzər Universitetində mövhumatçılığı tədris edən, özünü şair kimi tanıdıb qonşu ölkənin maraqlarının təbliğatçısı olan həpənd də öz rahatsızlığını dilə gətirərək bizə laf atmağa da cəsarət göstərib. Olsun. Biz əlbəttə ki, öz ölkəsinə bağlı olub səmimi şəkildə öz din inancını yaşayan istənilən vətəndaşımızla qardaşıq, fəqət başqa ölkənin ideologiya hamballığını dini inanc adı altında gerçəkləşdirən trollara qarşı milli təhlükəsizlik maraqlarımızı əsas götürərək dirəniş göstərməyə də qərarlıyıq. Mövhumata biganə qalanla rla mövhumatı dəstəkləyənlər arasında elə də ciddi fərq yoxdur. Əslində hər ikisi eyni məqsədə xidmət edir: dindar əvəzinə kindar yetişdirilməsinə imkan tanımaq. Buyurun, hamımız susaq, adamlar inanc adı altında cəhaləti, xurafatı, mövhumatı yaşamımızın ayrılmaz atributuna çevirsiinlər, o halda hansı ölkələrə bənzəyəcəyimizi söyləməyə ehtiyac duyursunuzmu?”

 

Fazil Mustafa, millət vəkili / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...