Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

AZƏRBAYCANDA MƏHƏRRƏMLİK KİMLƏRİN CİBİNƏ SƏRF EDİR? – SAHƏLƏR

“Məhərrəmlik ayında qızıl və geyim bazarında böyük durğunluq yaranır”.

Məhərrəmlik ayındayıq. Bu ay ölkəmizdə dini ayin kimi bir çox iqtisadi itkilərin yaşanmasına gətirib çıxardır. Xüsusən də yüzlərlə şadlıq evləri olan bir ölkə üçün…

“Azərbaycanda şadlıq evləri kifayət qədər böyük və həcimli iqtisadiyyatın bir hissəsidir, çünki orda işləyənlərin sayı minlərlədir” deyən iqtisadçı-eksper Natiq Cəfərli mhərrəmlik ayında qazanclarından olan müğənniləri də unutmadı:

“Amma Məhərrəmlik ayı təkcə dini ayin deyil, hətta Artıq uzun illərdir ki, bizdə belə bir ənənə formalaşıb. Sovet dövründə Məhərrəmlik ayında toyların edilməsinə nadir hallarda rast gəlinirdi. Amma indi məhərrəmlikdə şadlıq evlərində şadyanalıq, toy və nişan məclisləri olmur. Şadlıq evləri kifayət qədər böyük və həcimli iqtisadiyyatın bir sahəsidir. Çünki orda çalışanların sayı minlərlədir. Hətta ora təkcə şadlıq evləri və restoranlarda çalışanlar deyil, onlara xidmət göstərən xidmət sahələri də var. Kənd təsərrüfatı məhsullarından tutmuş digər xidmətlərə qədər irili-xırdalı, fiziki və hüquqi şəxslər var ki, həmin şadlıq evi və restoranlarda çalışırlar. Məhərrimlik ayı müddətində, toyların olmadığı bir vaxtda həmin insanlar təbii ki, işsiz qalırlar. Çünki dövriyyə olmur. Dövriyyə olmursa, təbii ki, qazanc da olmur.

Nə qədər qəribə səslənsə də, məhərrəmlik ayı müğənnilərin gəlirlərinə də təsir edir. Çünki onların əsas gəlir mənbəyi vergi verməsələr də, toylardan aldıqları qonorarlardır. Toyları olmadıqca onların da qonorarları olmur və onların qazanclarında da ciddi azalmalar müşahidə olunur”.

Natiq Cəfərli təəssüf hissi ilə bildirdi ki, Azərbaycanda bu ayın hesabatını aparmaq mümkün deyil.


“Bunu rəqəmsal olaraq ifadə etmək çox çətindir. Çünki Azərbaycanda çox təəssüf ki, ayrı-ayrı sektorlar üzrə dəqiq statistikanın aparılması mümkünsüzdür, daha doğrusu açıqlanmır. Statistikası aparılsa belə açıqlanmır. Ona görə də dəqiq rəqəm söyləmək çox çətindir. Amma ən azından şadlıq evləri və restoranların illik dövriyyəsini rəsmi statistikası, onların gəlirlərindən verilən vergilər açıqlansa, onun bir ayını hesablayıb tapmaq, nə qədər vəsaitin məhərrəmlik ayında büdcəyə daxil olmadığını hesablamaq mümkündür. Burada söhbət on milyonlardan gedir. Çünki bu, kifayət qədər böyük bir biznes sahəsidir. Onlarla, yüzlərlə şadlıq evləri Bakıda və Azərbaycanın müxtəlif yerlərində fəaliyyət göstərir. Bir aylıq müddətdə onların işsiz qalması gəlirlərinin azalmasına və gəlir vergisi onların ödədikləri vergilərin də azalmasına səbəb olur.

Eyni sözləri Ramazan ayına da aid etmək olar. Amma Məhərrəmlikdən fərqli olaraq, Ramazanda toylar keçirilir, amma spirtli içkilər olmur və iftarın uyğun gəldiyi vaxtda şadlıq edilir”.

Lakin iqtisadçı-ekspert Rəşad Həsənov məhərrəmlik ayında qızıl və geyim bazarında yaranan durğunluğu xüsusi vurğuladı:


“Məhərrəmlik ayında toyların olmaması, ümumiyyətlə xidmət sektorunda tələbin aşağı düşməsini şərtləndirir. Nəticədə sektorun ümumi iqtisadi göstəricilərini mənfi istiqamətə yönəldir.

Digər tərəfdən burda istehlak bazarında da müəyyən təsirlər özünü biruzə verir. Bu təsirlər özünü daha çox ərzaq və eyni zamanda zinət əşyaları bazarında da göstərir.

Bildiyiniz kimi şadlıq evlərində toylar, xüsusilə də Azərbaycanda israfçılıq baxımından birinci yerdədir. Bu baxımdan da şadlıq evlərinin fəaliyyət göstərməsi ərzaq bazarında böyük tələb formalaşdırır. Bir ay müddətində bunların fəaliyyətinin dayandırılması ölkədə ərzaq məhsullarının istehlakının həcmini azaldır. Bu da öz növbəsində pərakəndə ticarət şəbəkələrində dövriyyəni azaldan əsas faktor kimi çıxış edir.


Digər tərəfdən isə qızıl bazarında qiymətlər müəyyən qədər aşağı düşür. Bu da əsasən tələbin azalması fonunda baş verir. Bundan başqa geyim və digər sahələri də əhatə eləyir. Xüsusilə geyimin istehlakında da azalma prosesi baş verir. Ümumiyyətlə, məhərrəmlik ailələrin büdcələrinə müəyyən qədər müsbət təsir göstərən ay olsa da, ümumi iqtisadi aktivlikdə müəyyən qədər geriləmənin müşahidə edildiyi iqtisadi dövr olaraq xarakterizə olunur.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...