Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

AZƏRBAYCANDA MƏSCİDDƏ BİABIRÇILIQ

Azərbaycanda məscidə namaz qılmağa gələn şəxsin cibindən 3 500 manat oğurlanıb. Din.az-ın məlumatına görə, Azərbaycanda məsciddə ibadət edən şəxsdən oğurluq edilib. Hadisə Xırdalan şəhərində yerləşən Cümə məscidində qeydə alınıb. Həmin məsciddə ibadət edən Məmmədov İlham Cəmil oğlunun üzərindəki gödəkçənin cibindən 3 500 manat pul oğurlanıb. Abşeron Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı oğurluqda şübhəli […]

Azərbaycanda məscidə namaz qılmağa gələn şəxsin cibindən 3 500 manat oğurlanıb. Din.az-ın məlumatına görə, Azərbaycanda məsciddə ibadət edən şəxsdən oğurluq edilib.

Hadisə Xırdalan şəhərində yerləşən Cümə məscidində qeydə alınıb.

Həmin məsciddə ibadət edən Məmmədov İlham Cəmil oğlunun üzərindəki gödəkçənin cibindən 3 500 manat pul oğurlanıb.

Abşeron Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı oğurluqda şübhəli bilinən 1955-ci il təvəllüdlü Ağdam rayon sakini Kərimov Yaşar Ərşad oğlu saxlanılıb. O, əməlini etiraf edib. Məlum olub ki, Y.Kərimov namaz qılmaq üçün məscidə gəlib. O, bu əməli borcu olduğu üçün törətdiyini deyib.

Faktla bağlı araşdırmalara başlanılıb.// Report.az

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...