Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Azərbaycanda məscidi yandırdılar

Məscid qəsdən yandırılıb.?!

Hacıqabulun Atbulağ kəndində məscid yanıb.

“Din.az” APA-ya istinadən  xəbər verir ki, məscidin qəsdən yandırıldığı iddia edilir.

Yanğın hadisəsi gecə yarısı qeydə alınıb. Naməlum səbəbdən alışan məsciddə pəncərə, xalça və dini kitablar yanıb.

Fövqəladə Hallar Nazirliyinin Hacıqabul yanğından mühafizə xidmətinin hadisə yerinə cəlb olunan texnikası və canlı qüvvəsi yanğının genişlənməsinin qarşısını alıb.

Yanğın lokallaşdırılıb. Yanğının hansı səbəbdən baş verməsi hüquq-mühafizə orqanları və yanğına nəzarət xidməti tərəfindən araşdırılır.

Məscid dindarları iddia edirlər ki, məscid qəsdən yandırılıb.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...