Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Azərbaycanda məscidlərə girişə qadağa qoyuldu

Ziyarətgahlara sağalmaq üçün gedənlər var. Deməli, ziyarətgahdakıların özlərinə faydaları yoxdur, qaldı ora gələnləri sağaldalar.

Azərbaycanda koronavirus infeksiyasının törədə biləcəyi təhlükənin qarşısının alınması məqsədilə məscidlərə və İslamda yeri olmadığı halda dini məkan kimi inanılan ziyarətgahlara giriş-çıxışa məhdudiyyətlər tətbiq edilib.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələrlə birlikdə bu gün keçirilən iclasında qərar qəbul edilib.

 Qeyd olunub ki, hazırda bütün dünyada sürətlə yayılmaqda olan koronavirusun bilavasitə təmaslar vasitəsilə yoluxaraq insan həyatına ciddi təhlükə yaratmasını, Azərbaycan ərazisində bütün kütləvi tədbirlərin qadağan olunmasını nəzərə alaraq, onun qarşısını almaq məqsədilə məscid və ziyarətgahlara giriş-çıxışa və burada ibadətlərin icra olunmasına qadağa qoyulub.

Dindarlardan bu qərara əməl etmələri xahiş olunub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...