Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Azərbaycanda mikrofonla azan oxunması qadağan edilib? – AÇIQLAMA

10 il bundan qabaq ortaya atılan və qarşısı alınan məsələ …

Türkiyə mediasında Azərbaycanda mikrofonla azan oxunmasının qadağan edildiyinə dair məlumatlar yayılıb. Təəssüf ki, sözügedən məsələ uzun illər əvvəl gündəmdə olub və ləğv edilib.

Din.az bildirir ki, bu barədə Oxu.Az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Bildirilib ki, Türkiyə mediasında yayılan xəbərlər həqiqəti əks etdirmir:

“Bu məsələnin doğru olub-olmadığını bilmək üçün azan saatlarında məscid yaxınlığında olmaq kifayət edir. 10 il bundan qabaq ortaya atılan və qarşısı alınan bir məsələni yeni tarixlə yayımlayıblar”.

Xatırladaq ki, sözügedən məsələ 2000-ci illərdə geniş müzakirələrə səbəb olsa da, qarşısı alınmışdı. Belə ki, 10 il bundan əvvəl Qafqaz Müsəlmanlar İdarəsinin mətbuat xidməti vəzifəsində Akif Ağayev adlı şəxs çalışıb. Bu məlumatlar da təxminən onun katibliyi dövrünə təsadüf edib.

A.Ağayev isə 2008-ci ildə vəfat edib. O vaxt yerli sakinlərin narazılığı səbəbindən gündəmə gələn məsələ Şeyxin ölkə başçısı ilə danışıqlarından sonra aradan qaldırılıb. Belə bir iddianın qarşısı alınıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...