Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

AZƏRBAYCANDA OFİSİANT NAMAZ QILDIĞI ÜÇÜN İŞDƏN QOVULDU

Müdiriyyət: “İş vaxtı namaz qılmazlar”.

Azərbaycanda şadlıq sarayının direktoru ofisiantı namaz qıldığı üçün toy zamanı işdən qovulub.

Din.az bildirir ki, Xırdalanda yerləşən “Xəzinə Palace”da Vüqar adlı ofisiant namaz qıldığı üçün işdən qovulub.

İddia edilir ki, Vüqar axşam saat 9-10 radələrində nəzarət etdiyi stolu ofisiant yoldaşına tapşıraraq, administratordan icazə alıb və 10 dəqiqəlik namaz otağına namaz qılmağa gedib. Elə bu zaman stolda oturan içkili qonaq Vüqarın yoxluğunu hiss edərək müdiriyyətə şikayət edib. İçkili şəxs müdiriyyətə deyib ki, hanı bu stola baxan ofisiant?

Bir müddət sonra geri qayıdan ofisiantla müdiriyyət arasında dialoq yaşanıb. Ofisiant namaz qılmağa getdiyini bildirsə də şadlıq sarayının rəhbərliyi onun dərhal işdən çıxarılması göstərişini verib.

Şadlıq sarayının baş inzibatçısı Nizami Əliyev də ofisiantın işdən çıxarılmasını təsdiq edib. O bildirib ki, iş vaxtı namaz qılmazlar.

“Onun anası da burada işləyir. Mən onu işə götürəcəkdim. Əgər sizə şikayət edibsə onu ümumiyyətlə bu şadlıq sarayının qabağından keçməsini icazə verməyəcəm. Bura namaz qılmaq yeridir? Getsin namazını məsciddə qılsın. Əgər iş vaxtı hamı namaz qılsa da nə olacaq? Onda müştərilərə kim xidmət göstərəcək?”, – deyə baş inzibatçı bildirib. / Milli.Az

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...