Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Bütün xəbərlər »
Qaynar Xəbərlər
Pasxa

Azərbaycanda Pasxa bazarı təşkil olunub – VİDEO

Share Button

Rus Mədəniyyət Mərkəzində xirstianların milli bayramı olan Pasxa ilə bağlı bazar təşkil olunub. “Din.az” xəbər […]

Rus Mədəniyyət Mərkəzində xirstianların milli bayramı olan Pasxa ilə bağlı bazar təşkil olunub.

“Din.az” xəbər verir ki, dini icmaların, ziyalıların iştirak etdiyi açılış mərasimində hər kəs təşkil edilən pasxa bazarının xeyriyyəçilik məqsədi daşıdığını deyir.

Pasxa bayramının həm də bir dostluq bayramı olduğu da səsləndirilib. Bakı Yeparxiyasının yepiskopu Aleksandır İşein belə deyib: “Pasxa milliyyətindən və dinindən asılı olmayaraq insanları birləşdirən bir bayramdır. Bu gün bir araya gələn insanlar müxtəlif dinə mənsub olsalar da amal və arzuları eynidir: insanları sülh, əminamanlıq və dostluğa səsləmək”.

Təşkil olunan bazarda təkcə xristianların milli aksesuarları satılmır, həm də azərbaycanlılara məxsus əşyalar da var. Hətta burada milli musiqi alətlərimizə də rast gəlmək mümkündür.

Paxsa bazarında xristianlara çox müqəddəs olan müəyyən məhsullar da müştərilərə təklif olunur. Onların içində xüsusi çaylar və çörək də var

Satıcı Olimpiada Rıbkova deyir ki, “onlar müqəddəs və dua edilmiş çörəklərdir. Evlərə ruzi-bərəkət gətirir, yeyənlərə isə sağlamlıq bəxş edir”.

Pasxa bazarını ən çox bəzəyən isə azərbaycanın milli ornamentlərlə bəzədilmiş araqçınlarıdır. Qeyri-azərbaycanlılar, ruslar, ukraynalılar bu araqçınlara çox maraq göstərirlər.

Qeyd edək ki, tədbir xeyriyyə ödəmələrindən və latoreya oyunundan toplanmış vəsait hesabına valideyn himayəsindən məhrum olmuş uşaqlara maddi yardım götərmək məqsədi daşıyır.

“Din.az” mövzu ilə bağlı videosüjeti təqdim edir:

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top