Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Kitabına qadağa qoyulan ELŞAD MİRİ videomüraciət hazırladı: Konstitusiyanın maddəsi pozulub – VİDEO

Tanınmış ilahiyyatçı Elşad Miri “İslamda Yoxdur!” kitabına qoyulan qadağa ilə bağlı videoçarx hazırladı.

İlahiyyatçı Elşad Miri Dini Qurumlarla İş üzrə Dövlət Komitənin “İslamda Yoxdur!” kitabına qoyulan qadağa ilə bağlı fikirlərinin yer aldığı videoçarx hazırlayıb.

Din.az “A24.az”-a istinadən xəbər verir ki, videoda qadağa ilə bağlı bəzi məsələlərə aydınlıq gətirməyə çalışıb.

Azərbaycanda 1998-ci il avqustun 6-dan Heydər Əliyevin qərarı ilə senzuranın tamamilə ləğv olunduğunu qeyd edən ilahiyyatçı “senzura ləğv olunsa da, 2001-ci ildə təsis dilən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dini kitablarla bağlı məsələ bu gün hələ də davam edir. Dini Komitədə ekspertiza şöbəsi var. Həmin şöbənin rəyi olmadan bu gün heç bir nəşriyyat dinlə əlaqəli kitabı nəşr etmir.

Amma maraqlıdır dini kitab nədir? Dini kitab olması üçün orda Allah sözü nə qədər keçməlidir? Və yaxud Qurandan neçə ayə sitat gətirilməlidir, Tövratdan nə qədər, İncildən nə qədər? bunu dəqiqləşdirmək mümkündürmü?”

İlahiyyatçı Azərbaycan Konstitutsiyasında yer alan maddəyə görə, hüququnun pozulduğunu deyərək həmin maddəni oxuyub. Dini mövzuda yazılan amma komitənin rəyi olmayan kitablardan sübut gətirib.

Dini komitənin kitabı haqqında yazılan rəyi oxuyan ilahiyyatçı orda yazılanların, xüsusən “populist” sözünün ittiham xarakteri daşıdığını, əksər ifadələrdə səhvə yol verildiyini bildirib. Rəydə yazılanları bir-bir şərh edən Elşad Miri həmin şəxsin məsələyə qərəzli yanaşdığını xüsusi vurğulayıb:

“ “Deyir ki, təfsir alimlərinin bu məsələlər barəsində görüşlərini bilmir”. İndi bunu deyən adam mənim təfsir alimlərinin görüşlərini bilib bilmədiyimi necə iddia edə bilər? bu barədə mənimlə söhbəti olubmu? Olmayıbsa, belə iddia etmək ən azından həmin şəxsin necə tərəfkeşlik etdiyinin ən bariz nümunəsidir”.

“Dindən dönən öldürülməlidir! Quranda varmı? Xeyr, yoxdur. Bəs hardan gəlir? Hədislərdən…Bunu hədislərdən çıxaran məzhəb alimlərin hamısı deyir ki, dindən çıxanın hökmü öldürməkdir. Bundan başqa deyilir ki, oruc tutmayan, içki içən cəzalandırılmalıdır. Yaxşı, bu cür fikirlərdə olan İŞİD-dən sizin fərqiniz nədir? İŞİD-də eyni fikirləri deyir”.

İlahiyyatçınını hazırladığı videoçarxı sizə təqdim edirik:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...