Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Azərbaycanda QANUNSUZ DİNİ TƏBLİĞAT aparan 159 nəfər saxlanılıb

“Dini etiqad azadlığı haqqında” qanuna zidd hərəkət edənlər cəzalandırılırlar.

2017-ci ildə Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanuna zidd təbliğat apardığı üçün 159 nəfər şəhər və rayon poliş şöbələrinə gətirilib.

Din.az Trend-ə istinadən bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin əməkdaşı Oqtay Tağıyev deyib.

Onun sözlərinə görə, həmin şəxslərdən 2 nəfər cinayət məsuliyyətinə, 139 nəfəri isə inzibati məsuliyyətə cəlb edilib:

“Həmin şəxslərdən 3 ədəd tüfəng, 12 ədəd patron, 168 ədəd dini ədəbiyyat, 144 ədəd CD,ə DVD və audiokaset, 115 ədəd broşür və digər vəsait götürülüb. İnzibati məsuliyyətə cəlb olunan şəxslərdən 2 nəfər həbs olunub, 50 nəfər 82 500 manat məbləğində cərimə edilib, 73 nəfərə xəbərdarlıq olunub. 4 nəfər azyaşlı barədə isə müvafiq tədbir görülməsi üçün toplanmış materiallar yerli icra hakimiyyətləri yanında komissiyalara göndərilib”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...