Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Azərbaycanda qəribə məzar – VİDEO

Boyat kənd qəbiristanlığındakı məzar görənlərin təəccübünə səbəb olub.

Din.az Milli.Az-a istinadən bildirir ki, Neftçala rayonunun Boyat kənd qəbiristanlığındakı məzar görənlərin təəccübünə səbəb olub. Məlumata görə, sözügedən məzarda avtoqəza nəticəsində dünyasını dəyişən bir şəxs dəfn olunub.

Mərhumun yaxınlarının sözlərinə görə, ailənin yeganə övladının ölümündən sonra valideyinləri də dünyasını dəyişib. Yaxınları məzarın qəbirüstü abidəsini bərpa etdirib. Bu zaman köhnə baş daşı çıxarılaraq məzarın kənarına qoyulub. Onun yerində isə yenisi qoyulub. Bəs görəsən baş daşının dəyişməsi dinə uyğundurmu?

Maraqlıdır ki, həm köhnə, həm də təzə baş daşı ayrı-ayrı dəmir məhəccər və çəpərlə əhatə olunduğundan bura baş çəkənlər məzara iki baş daşının bilərəkdən qoyulduğunu düşünürlər.

Din xadimləri də bu kimi halda köhnə baş daşlarının aid olduğu məzardan kənarlaşdırılmasını məqsədəuğun hesab edirlər. /xezerxeber.az

https://daytube.az/az/videos/64406/

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...