Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Azərbaycanda QHT sədri müsəlmanları təhqir edib

Bəxtimşah Tağıyeva sosial şəbəkədə inanclıların ünvanına ağır sözlər söylədi.

Din.az “A24.Az”a istinadən xəbər verir ki, “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyinin sədri Bəxtimşah Tağıyeva sosial şəbəkədə inanclıların ünvanına ağır sözlər söyləyib. O, müsəlmanları “şərəfsiz” və “ərəblərə qul olan” adlandırıb. İnsanlar QHT sədrinin bu sözlərini sərt reaksiya ilə qaşılayıb. Lakin B.Tağıyeva onu tənqid edənlərə özünəməxsus tərzdə cavab verib, eyni zamanda yenidən insanları təhqir etməkdən çəkinməyib.

Xatırladaq ki, bir müddət bundan öncə də Bəxtimşah Tağıyeva müsəlmanları təhqir edib. Bununla yanaşı, ölkədə azan səsinin qarşısının alınmasını istəyib. Məsələ ictimailəşdikdən sonra sosial şəbəkə profilinin oğurlandığını və statusun onun tərəfindən yazılmadığını bildirib. Lakin bu dəfə QHT rəhbəri bəhanə gətirməyib və sözünün üzərində durub.

Qeyd edək ki, Ramazan ayı daxil olduqdan sonra bir sıra şəxslər müsəlmanları oruc tutduğuna görə ələ salmağa başlayıb. Onlar həmçinin Bəxtimşah Tağıyeva kimi təhqir etməkdən də çəkinmirlər. Bu yolla müsəlmanları bir növ mübahisəyə və davaya təhrik edirlər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...