Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Azərbaycanda şəkər xəstələrinin sayı sürətlə artır – VİDEO

Azərbaycanda hər yüz nəfərdən ikisi şəkərli diabet xəstəsidir.

Azərbaycanda son 7 ildə qeydiyyata düşən şəkərli diabet xəstələrinin sayı 100 min nəfər artıb. Bu dəhşətli xəstəlik hər il daha çox insanı əhatə edərək cavanlaşmaqdadır.

Din.az Milli.Az-a istinadən bildirir ki, respublika üzrə şəkərli diabet xəstəliyinə yoluxanların sayı artır. Belə ki, 2011-ci ildə bu xəstəlikdən əziyyət çəkənlərin rəsmi qeydiyyatında 135 min 735 nəfər var idisə, hazırda bu say 242 min nəfəri ötüb. Bu isə Azərbaycanda hər yüz nəfərdən ikisinin şəkərli diabet xəstəsi olması deməkdir.
Maraqlısı isə budur ki, bu xəstəliyə yoluxanların beş faizə yaxını, yəni 9500 nəfərə yaxını 17 yaşınadək olan yeniyetmə va uşaqlardır. Şəkərli diabet xəstəliyinə yoluxanların 20 faizini 18-35 yaş arasında, 40 faizə yaxını 36-50, 33 faizini isə 65 yaşdan yuxarı insanlar təşkil edir..
Əksər hallarda insanlar şəkər xəstəliyini gizli keçirdiyindən bəzi məqamlara diqqət etmələri vacibdir. Ekspertlər bildirir ki, orqanizmdə baş verən bir sıra dəyişikliklər şəkər xəstəliyinin xəbərçisi ola bilər.
Məsələ ilə bağlı Respublika Endokrinologiya mərkəzinin direktoru Yusif İsmizadənin verdiyi məlumata görə hər il dünyada şəkər xəstələrinin sayı 10-12 faiz artır. Azərbaycanda isə coxlu sayda insan şəkər xəstəsi olsa belə bundan xəbərsiz olur və onların xəstəliyi məhz yoxlamalar zamanı üzə çıxıb. Buna görə də son 7 ildə qeydiyyata düşən şəkər xəstələrinin sayı 100 min nəfərdən artıq olub.

https://daytube.az/az/videos/60209/

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...