Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Azərbaycanda terrorçuluğu təbliğini edənlər – VİDEO

Əhalini hakimiyyətə qarşı qaldırmağın yolları…

Çirkli əməllərdən ibarət ömür yolu keçən Taleh Bağırovun cahilliyə yönələn sonu terrorçuluqla qurtarıb.

Belə ki, 2005-ci ildə məlum Qum şəhərində ruhani təhsili alıb. Talehin 2010-cü ildə növbəti hazırlıq mərkəzi isə Qum kəşfiyyatının İraqdakı nümayəndəliyi olan Nəcəf-Elmiyyə hövzəsi olur. Lakin burdakı qırnaqarası təhsilini yarımçıq qoyaraq təcili Bakıya dönür və dərhal da Təhsil Nazirliyinin qarşısındakı ixtişaşda baş rollardan birinin ifaçısı kimi peyda olur.

Dövlətin konstitutsiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədi ilə “Müsəlman Birliyi” adlı hərəkat yaradılır. Müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz olunaraq cinayətkar dəstə təşkil edir. Mütamədi olaraq Nardaranda qanunsuz yığıncaqlar keçirir, əhalini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə edir, tərəfdarlarına göstərişlər verir, çağırış vərəqələri payladır.

“Din.az” Nardaran hadisələrində saxlanaraq həbs olunan Taleh Bağırovun Azərbaycandakı xain fəaliyyətinin videosüjetini təqdim edir:

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...