Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Azərbaycanda xoşagəlməz məqsədlər üçün istifadə olunan məbəd

V-VI əsrə aid qədim alban məbədinin bərbad və baxımsız vəziyyəti isə hələ də davam edir

Zaqatalanın mərkəzində yerləşən V-VI əsrə aid qədim alban məbədi xoşagəlməz məqsədlər üçün istifadə olunur.

“Din.az” ANS- TV-yə istinadən xəbər verir ki, sakinlərin dediyinə görə, bu hal son bir neçə günə qədər müşahidə edilirmiş.ə

Sakinlər bildirir ki, mövcud vəziyyətlə əlaqədar dəfələrlə yerli icra orqanları müraciətlərindən sonra bu abidə içərisində və ətrafında baş verən xoşagəlməz hərəkətlərin qarşısının alınması nisbətən mümkün olub.

Məbədə cavabdeh olanlar isə giriş qapılarını özlərinə məxsus şəkildə dəmir barmaqlıqlarla bağlamaqla işlərini bitmiş hesab ediblər.

Sakinlərin dediyinə görə, bu abidəyə yay aylarında çoxlu sayda yerli və xarici turistlər gəlir. Böyük bir tarixi özündə əks etdirən bu unikal abidənin indiki bərbad və baxımsız vəziyyəti isə göz qabağındadır.

Abidənin çayxanaya çevrilməsi haqqında yayılan məlumatlara da aydınlıq gtirilərkən məlum olub ki, abidəyə bitişik ərazidə fəaliyyət göstərən çayxana 20 il əvvəl özəlləşdirilib.

“Din.az” mövzu ilə bağlı videosüjeti təqdim edir:

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...