Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

AZƏRBAYCANDA YARIMTİKİLİ MƏSCİDİ SÖKDÜLƏR – FOTOLAR

“Məscid istifadə edilmirsə, onu sökmək lazım deyil”.

Ağcabədi rayonu Qarakənd adlanan ərazidə fəaliyyət də olmayan yarımtikili məscid sökülüb.

“Din.az” xəbər verir ki, bu haqda məlumatı “A24.Az”a rayon sakinləri bildiriblər. Məlumata görə, məscid icra orqanları tərəfindən sökülüb:

“Dünən gecə saat dörd radələrində Ağcabədi rayonu Qarakənd adlanan (rayona bitişik ərazi) kənddə yarımtikili olan məscid icra orqanları tərəfindən sökülüb. Heç bir əsas olmadan inanclarımıza hücüm edirlər. Aidiyyatı orqanların bu barədə rəsmi məlumat verməyini tələb edirik. Məsələnin ictimailəşməsin də hər kəsi səfərbər olmağa çağırıram. Söhbət Allahın evindən gedir!”, – deyə sakinlər bildirib.

Məsələni araşdırmaq üçün Ağcabədi rayonu icra hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətindən işçilərin bu gün qəbul günü olduğunu bildirərək daha sonra əlaqə saxlamağımızı istədilər.

Bəs fəaliyyəti olmayan məscidin sökülməsi dində necə qiymətləndirilir?

Bu sualı cavablandıran ilahiyyatçı Elvüsal Məmmədov deyib:

“Bu cür halla rastlaşmamışam ki, məscidi sökmək lazımdır, ya lazım deyil. Amma ən azından tarixilik nöqteyi nəzərindən abidə kimi onu saxlamaq lazımdır. Kimsə istifadə etmirsə, məscidi sökmək lazım deyil. Din nöqteyi nəzərdən belə bir hadisə ilə heç rastlaşmamışıq. Ümumiyyətlə islam taxirində rast gəlinməyib ki, məscid sökülsün, ya saxlanılsın. Məscid həmişə islam dünyasında istifadə olunub. Müəyyən səbəblərlə, yəni ola bilsin orada əhali yaşamayıb deyə, məscid baxımsız qalıb. Fikrimcə, məscidi sökmək heç doğru deyil. O, Allahın evidir. Saxlanılsaydı, yaxşı olardı”, – deyə ilahiyyatçı əlavə edib.

Orxan Aslanlı, “A24.Az”

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...