Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Azərbaycanda yas mərasimlərindəki adətlər xristianlıqdan keçib – DİNİ KOMİTƏ

İslam dini Azərbaycan xalqının milli-mənəvi dəyərlərində dərin iz buraxıb.

“İslam dinində ölüyə yas tutulması müddəti 3 gündür, “Cümə axşamları” və “Qırx” mərasimlərinin keçirilməsi yoxdur”.

Din.az bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda keçirilən seminar-müşavirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, İslam dini Azərbaycan xalqının milli-mənəvi dəyərlərində dərin iz buraxıb, islam dəyərləri hər zaman uca tutulub: “Ölkəmizdə islamla bağlı bir sıra dini mərasimlər də keçirilir. Dini mərasimlər dinimizi, tariximizi, həyat tərzimizi əks etdirməlidir. Lakin bizim yas mərasimləri dəyişdirilib. İslamda israfçılıq böyük günahdır. Lakin bu gün görürük ki, ehsan xütbələri adı altında yeyib-içmək süfrələri təşkil edilir. Əslində bunlar ölmüş adam üçün böyük əziyyətdir, zülmdür. İslamda saç yolmaq yoxdur. İslamda yas zamanı qara libas geyinmək belə yoxdur. Bunlar daha çox xristianlıqdan İslama keçib”.

Trend.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...