Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Azərbaycanda yaşayan UDİNLƏR kimlərdir?

Qəbələdə uşaqlar 1-ci sinifdən 4-cü sinfədək həftədə iki dəfə udu dili dərsini keçir.

Azərbaycanda əsrlərdir müxtəlif xalqların nümayəndələri dostluq-qardaşlıq şəraitində yaşayırlar. Alban mədəniyyətinin daşıcıyıcısı olan udinlər də bu sıraya daxildir.

Azərbaycan etnik rəngarəngliyinə görə muzeyi xatırladır. Bu, dünyada çox az sayda qalan xalqların böyük əksəriyyətinin Azərbaycanda yaşaması ilə bağlıdır.  Onlar əsrlər boyu özlərinin etnik xüsusiyyətlərini, dini inanclarını, adət-ənənələrini qoruyub saxlayıb və bu günümüzədək yaşadıblar.

Ölkəmizin zəngin tarixə malik azsaylı xalqlarından biri də udinlərdir. Vaxtilə qədim Azərbaycan dövlətinin – Qafqaz Albaniyasının sakinləri olmuş bu xalq hazırda kompakt şəkildə Qəbələnin Nic qəsəbəsində yaşayır. Ölkə üzrə ümumi sayları 4500 nəfərə yaxındır.  Nicdə isə 3700 udin var. Dünyada onlar 10 mindən artıq olsalar da başqa xalqların dilini, adətlərini, mədəniyyətini qəbul edərək assimilyasiya uğrayıblar. Tolerant mühitin hökm sürdüyü Azərbaycada isə bu xalq öz orijinallağını qoruyub saxlayıb. Nicdə udinlərin hər bir şəraiti var. Qəsəbənin mərkəzində onlar üçün yeni “Orayin” Udi Mədəniyyət Mərkəzi də inşa edilib. Bu məkan daima qonaqlı-qaralıdır.  Xarici ölkələrdə öz mədəniyyətini, dilini, adət-ənənələrini qoruya bilməyən udinlər doğma vətənləri Azərbaycanda hər cür qayğı ilə əhatəniblər.

Qəsəbədə uşaqlar 1-ci sinifdən 4-cü sinfədək həftədə iki dəfə udu dili dərsini keçir. Onlar öz ana dillərini sevə-sevə öyrənirlər.  Udinlər həm də burada tarixlərini və abidələrini qoruyub gələcək nəsillərə ötürə bilirlər.

Hazırda Nic qəsəbəsində 3 kilsə, iki məscid var. Cotari alban kilsəsi, tarixi baxımdan ən əhəmiyyətli abidə olan alban-udin kilsəsi Qafqaz Albaniyasında xristianlığın ilk təbliğatçılarından olub. Kilsə böyük zaldan və onun üzərində ucaldılan çadırabənzər dam ilə örtülmüş kiçik zəng qülləsindən ibarətdir. Kilsə dördkünc planda inşa edilib. Tikintisində Qəbələnin dağlarından gətirilən daşlardan istifadə olunub. Kənddə daha iki qədim məbəd var. 2002-ci ildə Cotari alban kilsəsi əsaslı bərpa olunub. Hazırda məbəddən udinlər dini ayinləri yerinə yetirmək üçün istifadə edirlər.


Azərbaycan Televiziyası

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...