Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Azərbaycanda yaxalanan FETÖ-çu müəllim həbs edildi

FETÖ üzvü Türkiyə Milli Kəşfiyyat Təşkilatına təhvil verilib.

FETÖ şəbəkəsi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində Azərbaycanda yaxalanan və Türkiyə Milli Kəşfiyyat Təşkilatına təhvil verilən Mehmet Gelen adlı müəllim barəsində məhkəmə həbs qərarı elan edib.

Din.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Yeniakit.com.tr” məlumat yayıb.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan M.Gelenin həbsindən bir gün öncə “Bakıdan müjdə var” cümləsini işlədərək adıçəkilən FETÖ-çunun yaxalanmasına işarə etmişdi.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...