Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Azərbaycanda yeni soyqırımı abidəsi yaradılsın – Deputatdan TƏKLİF

“Əsas məqsəd 200 il ərzində törədilən soyqırımı dünyaya tanıtmaq naminə daha çox işlər görməkdir”.

“200 ilə yaxın müddətdə ermənilərin soyqırımı əməlləri 1948-ci ilin dekabrında qəbul olunan beynəlxalq konvensiyaya və bunun əsasında Cinayət Məcəlləsində əksini tapan maddəyə uyğundur. Bu soyqırımı qəddarlığa görə klassik soyqırımılardan fərqlənir. Hər dəfə ermənilər daha qəddar adam öldürmə üsulundan istifadə edir meyitlərin üzərində işgəncələr həyata keçirirdi”.

Din.az bildirir ki, bu fikirləri parlamentin xüsusi iclasında çıxışı zamanı deputat Rəfail Cəbrayılov deyib.

Deputat bildirib ki, indi əsas məqsəd 200 il ərzində törədilən soyqırımı dünyaya tanıtmaq naminə daha çox işlər görməkdir:

“Bununla bağlı əsərlər yazılıb, təhqiqatlar aparılıb. Prezidentin elə bir çıxışı yoxdur ki, erməni soyqırımının ifşası haqqında danışmasın.

Sizdə mənimlə razılaşarsınız ki, fəaliyyət peşəkarcasına aparılanda daha böyük uğurlara nail olmaq mümkündür.

200 ilə yaxın bir müddətdə soyqırımına məruz qalsaq da, Qubada olan abidə istisna olmaqla nə abidə nə də soyqırımı muzeyimiz var.

Azərbaycana gələn rəsmilər ümummilli lider Heydər Əliyev və Şəhidlər Xiyabanını ziyarət edir. Bu çox gözəl haldır. Fikrimcə, Şəhidlər Xiyabanı bazasında soyqırımı muzeyi və ya abidə yaradıla bilər. Buna Şəhidlər Xiyabanın daha çox haqqı avar. Çünki 1918 öldürülən soydaşlarımızın bəzisi orada dəfn edilib”. / Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...